Bu gün İran İslam Respublikasında 12-ci prezident seçkiləri ilə bir vaxtda 102 ölkədə yaşayan iranlılar da öncədən təyin olunmuş seçki məntəqələrinə axın və ölkənin gələcək prezidentinin müəyyən edilməsi üzrə üzərlərinə düşən vəzifəyə əməl edərək, daha bir qəhrəmanlığa imza atıb.

Bu gün 19 May İranda prezident seçkiləri ilə bir vaxtda ölkə xaricində yaşayan iranlılar da təyin olunmuş seçki məntəqələrinə müraciət edərək, səsvermədə iştirak edirlər. Və bu gün Qazaxıstanda yaşayan iranlılar səsvermənin başladığı ilk dəqiqələrdən seçki məntəqələrinə üz tutaraq, seçimlərini edir və ölkənin siyasi taleyində öz üzərlərinə düşən vəzifəyə layiqincə əməl edirlər.

İstanbulda yaşayan İran vətəndaşları habelə iranlı tələbələr və turistlər də Türkiyənin bu böyük şəhərində 12-ci prezident seçkilərində möhtəşəm iştirak ediblər.

İngiltərədə yaşayan iranlılar da böyük İran xalqı ilə yanaşı səsvermənin ilk saatlarından səsvermədə möhtəşəm iştirak edərək quruluşa vəfadarlığın gözəl nümunəsi və milli həmrəyliyi əks etdirdilər. 12-ci İran prezident seçkiləri İngiltərədə yerli vaxtla saat 8-də başlanıb. Seçkilər 5 seçki məntəqəsi London və 6 seçki məntəqəsi isə Mançester, Birmenqem, Nyukasl, Lids və Kardif şəhərlərində keçirilir. Cümə gününün İngiltərədə iş günü olmasına baxmayaraq, Londonda seçki məntəqələrindən birində izdihamın olduğunu müşahidə edirik.

Seçkilər günü gəlib çatması ilə Malayziyada yaşayan iranlılar da elə ilk dəqiqələrdən səsvermə üçün təyin edilmiş məkanlara müraciət edərək, seçkilərdə iştirak etməyə başlayıblar. Şərqi Asiyada yaşayan iranlılar əslində 12-ci prezident seçkilərinin ilk iştirakçılarıdırlar. Saat fərqini nəzərə alaraq, seçkilərdə iştirak edən ilk iranlı Yeni Zelandiyada öz rəyini səs qutusuna atıb. Malayziya ilə yanaşı, İndoneziya, Sinqapur, Filippin, Bruney, Vyetnam, Taylənd, Avstraliya və Yeni Zelandiyada da seçkilər cərəyan etməkdədir.

12-ci İran prezident seçkiləri Çində yerli vaxtla saat 8:00-da başlanıb və bu ölkədə yaşayan iranlılar elə ilk saatlardan yaradılan səsvermə məntəqələrinə gedərək səsvermədə iştirak ediblər. Eyni zamanda Quanqju, Şanxay və Honq-Konqda da səsvermə məntəqələrinə gedən iranlılar bu milli qəhrəmanlıqda iştirak edirlər. Çindən əlavə, Yaponiya, Cənubi Koreya və Şimali Koreyada yaşayan iranlılar yerli vaxtla səhər tezdən, yəni saat 8-dən səsvermə məntəqəsinə gəlib, bu milli qəhrəmanlıqda iştirak edərək öz səslərini qutulara atırlar.

İran İslam Respublikasının Yeni Dehlidəki səfirliyinin mədəniyyət mərkəzi də bu gün iranlıların geniş iştirakı ilə yanaşı olan seçkilərə ev sahibliyi edib. Hindistanda yaşayan iranlılar seçki saatının başlanması ilə məntəqələrə üz tutur və İran İslam Respublikası prezident seçkilərində möhtəşəm iştirak edirlər. Dehlidən əlavə, Mumbai, Puna, Meysur, Banqlor, Heydərabad, Əligər və Çəndigərdə 8 səsvermə məntəqəsi də burada yaşayan iranlıların səslərini toplayır.

 

 

 

 

 

May 19, 2017 20:57 Asia/Baku
Şərhlər