Jun 18, 2017 09:07 Asia/Baku
  • Fransa ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını tənqid edib
    Fransa ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını tənqid edib

Fransa Amerika senatında Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsini tənqid edərək, Vaşinqtondan bu sahədə Avropa Birliyi ilə həmkarlıq etməsini istəyib.

IRNA-nın məlumatına görə, Fransa Xarici İşlər Nazirliyi dünən bir bəyanatda qeyd edibdir ki, Paris bir neçə il bundan öncə sərhədaşırı mahiyyətə malik olmasına görə, Amerikanın bəzi qanunlarının yaradacağı problemlərin baş qaldırması haqda Vaşinqtona xəbərdarlıq etmişdi.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel də  Amerika senatının Rusiyaya qarşı yeni sanksiyalarını tənqid edib.

Amerika senatı cümə axşamı günü, iyunun on beşində əksəriyyət səslə Rusiyaya qarşı yeni sanksiyalar layihəsini qəbul etdi.

Teqlər

Şərhlər