İyul 06, 2017 08:57 Asia/Baku
  • Angella Merkel
    Angella Merkel

Almaniya kansleri ABŞ prezidenti ilə görüşü ərəfəsində bir daha bu ölkənin iqtisadi siyasətlərini tənqid edib.

CNN-in məlumatına görə, Almaniya kansleri Angella Merkel Di Tsayt həftəliyi ilə müsahibədə ABŞ hökumətinin iqtisadi siyasətlərini yenidən tənqid edib: Sadəcə az sayda qrup iqtisadi inkişaflardan faydalanmamalıdır. 

Almaniya kansleri əlavə edib: Bütün ölkələr üçün mənfəətli ticarət əməkdaşlıqlarının ehtimalı araşdırıldığı halda, ABŞ hökuməti qloballaşmağı yalnız bu ölkənin iqtisadi mənfəəti üçün hesab edir. 

Merkel bildirib: Bütün ölklər dünya iqtisadiyyatının inkişafında iştirak etməli və iqtisadi inkişaflardan faydalanmalıdırlar. 

Merkel ötən ay da Avropanın artıq ABŞ-a etimad edə bilmədiyini bildirmişdi. 

ABŞ prezidenti Donald Tramp ötən aylarda dəfələrlə NATO-nun fəaliyyətləri üçün əlavə xərclər ödəmədiyinə görə Almaniyanı tənqid edib. 

Teqlər

Şərhlər