• Amerikalılar Trampın müalicə sığortasına etiraz etdi

ABŞ-ın bir neçə şəhərində bu ölkə prezidentinin müalicə sığortası və Ağ Evin siyasətlərinə etiraz olunub.

NBC News televiziyasının məlumatına görə, San Fransiskoda keçirilən QİÇS xəstəliyi haqqında məlumatlandırmanın artırılması tədbirində Amerika vətəndaşları prezident Donald Trampın müalicə sığortası layihəsinə etiraz ediblər. 

Bazar günü həmçinin Şimali Karolina ştatının Hanterzvil şəhərində də əhali ştatın respublikaçı senatoru Tom Tilsin yaşadığı mənzilin qarşısına toplaşıb və Donald Trampın müalicə sığortası layihəsinə etiraz edib. 

Etirazçılar senator Tom Tilsdən istəyiblər ki, bu layihənin əleyhinə səs versin və müalicə xərclərinin artmasına mane olsun. 

Həmçinin Texas ştatının Dallas şəhərində 200 nəfər şəhərin mərkəzinə toplaşıb və Trampın müalicə sığortası layihəsinə etirazlarını bildirib. 

Etiraz aksiyasında bir neçə hüquq fəalı çıxış edib və konqresmenlərdən sabiq prezident Barak Obamanın ObamaCare adlı müalicə sığortası layihəsini ləğv etmək yerinə hərtərəfli müalicə təşəbbüsünü genişləndirmək ardınca olmalarını istəyib. 

Əksəriyyətini respublikaçılar təşkil edən ABŞ Nümayəndələr Palatası son vaxtlar Barak Obamanın müalicə sığortası layihəsini əvəzləmək üçün Trampın layihəsinə səs verib. Bu layihə ABŞ Senatında təsdiqlənməlidir. 

Trampın müalicə sığortası layihəsi Senatda təsdiqləndiyi halda milyonlarla amerikalı hazırkı müalicə sığortasını itirəcək. 

Proqnoz olunur ki, Trampın layihəsi ilə ABŞ-da müalicə sığortasının qiyməti diqqəti cəlb edəcək dərəcədə artacaq və ölkənin az gəlirli kütlələrinə güclü təzyiqlər göstərəcək. 

Jul 17, 2017 11:25 Asia/Baku
Şərhlər