• Minlərlə kanadalı təxliyə olundu

Kanadanın qərbində Britiş Kolumbiya ştatında təxminən 36 min sakin meşə ərazilərində güclü yanğına görə, öz evlərini tərk etməyə məcbur olub.

Kanadanın meşəlik əraziləri məsələləri üzrə naziri Con Rustad CBS televiziyası ilə müsahibədə bildirib: Hal-hazırda təxminən 2900 yanğınsöndürmə əməkdaşı və 203 təyyarə bölgədə yanğının söndürülməsi əməliyyatında iştirak edir. Halbuki yanğının söndürülməsi üçün 80 milyon dollardan çox vəsaitin xərcləndiyi bildirilir.

Rustad əlavə edib: Yanğınsöndürmə əməliyyatı zamanı bir vertolyot qəzaya uğrayı və onun pilotu yaralanıb.

Hal-hazırda Kanadanın tam qərbində Britiş Kolumbiya ştatında 178 yanğınsöndürmə qrupu iştirak edir.

2017-ci ilin əvvəlindən bəri təxminən 131 min hektar meşə ərazisi yanıb.

Jul 17, 2017 14:52 Asia/Baku
Şərhlər