• Tramp Nüvə anlaşmasına qarşı strategiya ilə daha çox silah satmaq istəyir

Siyasi məsələlər üzrə ekspert deyib: ABŞ prezidenti Nüvə Anlaşması əleyhinə iddialarla daha çox silah satmağa cəhd edir.

İRNA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun eksperti İrina Feodorova bazar ertəsi günü verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Nüvə Anlaşmasına yenidən baxılmasına dair açıqlamasına toxunub və deyib: Nüvə Anlaşması BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə beynəlxalq sənəd olaraq qəbul olunub və dəyişilməzdir. Lakin Tramp bu açıqlama ilə daha çox gəlir əldə etmək və əlavə imtiyazlar qazanmaq ardıncadır. 

Feodorova Trampın Nüvə Anlaşması əleyhinə açıqlamalarını qeyri-qanuni adlandırıb: ABŞ İranın sülhməramlı nüvə fəaliyyətləri çərçivəsində yeni gərginlik yaratmaqla regionun bəzi ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanının razılığını qazanmağa çalışır. 

Feodorovanın sözlərinə görə, ABŞ Yaxın Şərq ölkələrinə əlavə silah satmaq üçün böyük səylərə başlayıb. Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah müqaviləsi Ağ Evin bu proqramının bir hissəsidir. 

Donald Tramp Nüvə Anlaşmasını pis anlaşma adlandırır və onun mətninə yenidən baxılmasını istəyir. 

Jul 17, 2017 17:07 Asia/Baku
Şərhlər