• Rusiya medialarının
    Rusiya medialarının "Simorğ" süni peyk daşıyıcısının buraxılmasına reaksiyası

İmam Xomeyni(r.ə.) adına Milli Kosmik Mərkəzin açılması ilə bir zamanda İranın kosmik qüdrətə malik olmasının nişanəsi kimi "Simorğ" süni peyk daşıyıcısının kosmosa uğurlu sınaq buraxılışı Rusiya medialarında geniş şəkildə əks-səda doğurub.

IRNA-nın məlumatına əsasən, rus medialar bu gün İranın kosmik proqramlarını bu ölkənin elmi qabiliyyətlərinin genişlənməsinin nişanəsi adlandırıblar.

"Life Nyus" telekanalı 27 iyul hadisəsini xəbər baxımından işıqlandıraraq, bildirib: Mövcud informasiyalara əsasən, bu ölkənin yeni süni peyki yer orbitindən 500 kilometr yüksəklikdə yerləşəcək.

Pravda qəzeti isə yazıb: "Simorğ" süni peyk daşıyıcısı 250 kiloqramlıq süni peyki daşıyır və uğurla kosmosa buraxılıbdır.

Vedomosti qəzetinin yazdığına görə, "Simorğ" süni peyk daşıyıcısının uğurla kosmosa buraxılması bir daha belə bir gerçəkliyi təsdiqləyir ki, İran maye yanacaqla işləyən qitələrarası və ballistik raketlər düzəltmək texnologiyasına malikdir.

 

Jul 28, 2017 17:48 Asia/Baku
Şərhlər