• Əfqanıstan qüvvələri İslam müqəddəslərinə hörmətsizliyə etiraz ediblər
    Əfqanıstan qüvvələri İslam müqəddəslərinə hörmətsizliyə etiraz ediblər

Əfqanıstanın ordu qüvvələrindən yüzlərlə nəfər İslam müqəddəslərinə hörmətsizliyə etiraz olaraq, Kabildə aksiya keçirib.

IRIB-nin məlumatına görə, ordu qüvvələri Kabildəki təlim mərkəzində corablarında müqəddəs "Allah və Məhəmməd" kəlmələrinin həkk olunmasına etiraz olaraq, aksiya keçirib və Kabil-Cəlalabad şose yolunu bir neçə saat müddətinə bağlayıblar.

Əfqanıstan müdafiə nazirliyinin sözçüsü Dövlət Vəziri də İslam müqəddəslərinə hörmət edilməsini vurğulayaraq, deyib: İslam dəyərlərinə hörmətsizlik etmiş amillər aşkarlanaraq, cəzalandırılacaqlar.

Belə bir halda, Əfqanıstan ordusu qüvvələrinin geyimlərini Amerika təmin edir və bu corabları bir müqavilə tərəfi olan şirkət əfqan əsgərlərə veribdir.

Aug 12, 2017 15:26 Asia/Baku
Şərhlər