• Virciniyada irqçilliyə qarşı toplantıya avtomobillə hücum edilib

ABŞ-ın Virciniya ştatının Çarlotesvil şəhərində bir ədəd avtomobil irqçiliyə qarşı keçirilən piket iştirakçılarının üstünə sürüb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu hadisədə ən azı 10 nəfər yaralanıb, xəsarət alanların bəzilərinin durumunun ağır olduğu bildirilir. 

Virciniya ştatının icra başçısı Terri Mak Aulliffi ağdərililərlə irqçiliyə qarşı olanlar arasında Çarlotesvil şəhərində baş verən qarşıdurmadan sonra şəhərdə fövqəladə vəziyyət elan edib. 

Ağdərililərin üstünlüyünə inanan etirazçılar ağdərililərin qaradərililərə üstünlüyünün təmin edilməsi üçün ölkədə quldarlıq dövrünün qanunlarının bərpa edilməsini istəyirlər. 

Bu irqçi qrup öz toplantısında nasist Almaniya dövrünə məxsus tərzdə ehtiram hərəkəti nümayiş etdiriblər. 

Virciniya rəsmiləri bildiriblər ki, millətçi ağdərililər ifratçı sağçılarla birlikdə cümə günündən küçə etirazlarına başlayıblar. 

Toqquşma ərazisindən yayılan görüntülər polisin isyana qarşı mübarizə uniformalarında olduğunu göstərir. 

Donald Trampın prezident kürsüsünə keçməsindən sonra ifratçı sağçı və irqçi qrupların Amerikadakı fəaliyyətləri gözə çarpacaq dərəcədə artıb. 

ABŞ-da əsas irqçi təşkilatlar o sıradan Ku Kluks Klan təşkilatı Donald Trampın əsas himayədarlarıdırlar. 

Dövlət statistikaları göstərir ki, Amerikada anti-islam hücumların əksəriyyəti irqçi qruplar tərəfindən həyata keçir. 

Aug 13, 2017 08:31 Asia/Baku
Şərhlər