• Moqerini: Nüvə anlaşması bir beynəlxalq anlaşmadır

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi deyib: Dəfələrlə qeyd etmişik ki, İran ilə nüvə anlaşması bir beynəlxalq anlaşmadır.

İRNA-nın məlumatına görə, Federika Moqerini bazar ertəsi günü AB ölkələrinin 2017-ci il üçün olan illik iclasının açılış mərasimində ABŞ-ın BMT-dəki nemayəndəsi Niki Hilinin son açıqlamalarına dolayısı cavab sayılan çıxışında deyib: İran ilə nüvə anlaşması Avropa Birliyinin xarici siyasətdə münasib metoda malik olduğunu göstərir. 

Moqerini əlavə edib: Nüvə anlaşması iki ölkə arasında əldə edilmiş bir anlaşma deyil. Dəfələrlə qeyd etsək də, bunu gələn aylar ərzində də yenidən təkrar etməyə ehtiyacın olduğunu hiss edirəm. 

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin deyib: Bu anlaşmanın bir tərəfində bütün beynəlxalq ictimaiyyətin üzərinə götürdüyü öhdəlik, digər tərəfində isə İranın öz üzərinə götürdüyü öhdəliklər dayanır. Bu anlaşmaya BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə əlavə dəstək verilib. Və davamlı olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təsdiq edilib. 

Moqerini öz sözlərinin davamında əlavə edib: Bu gün, 2 ildən sonra, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Birgə Komissiya nüvə anlaşması qarşısındakı öhdəliklərin yerinə yetirilməsi məsələsini bir daha təsdiq etdi və biz bunu qarşıdan gələn aylar ərzində olduğumuz hər yerdə təkrar etməliyik. Çünki, bu beynəlxalq təhlükəsizlik üçün mühüm məsələdir. 

O, həmçinin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Tehranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə tam sadiq olması ilə bağlı son sözlərinə işarə edərək, bu sözləri ümid verici və nüvə anlaşmasının uğur qazanmasına zəmanət verən sözlər adlandırıb. 

Aug 29, 2017 11:27 Asia/Baku
Şərhlər