Sep 02, 2017 12:28 Asia/Baku
  • Argentina paytaxtında aksiya
    Argentina paytaxtında aksiya

Argentinada yerlilərin hüquq müdafiəçisinin yoxa çıxmasına eitraz əlaməti olaraq paytaxt Buenos Airesdə aksiya keçirilib.

Aksiyaçılar Argentina yerlilərinin hüquq müdafiəçisi Santiaqo Maldonadonun taleyinin müəyyənləşdirilməsini istəyiblər. 

Aksiyaçılar bu tələbin reallaşmasınadək etirazların davam edəcəyini vurğulayaraq bildiriblər ki, Argentina dövləti bu istiqamətdə lazım olanları etməyib və təhlükəsizlik qüvvələrinə dəstək verərək hadisənin həqiqi mahiyyətini ört-basdır etməyə cəhd göstərir. 

Hüquq müdafiə qrumları da Santiaqonun itkin düşməsində Argentina dövlətinin məsuliyyət daşıdığını bildirirlər. 

Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Amnistiya Təşkilatı Argentina dövlətini Santiaqo Maldonadonun tezlikdə tapılması üçün dərhal təşəbbüsə keçməyə çağırıblar. 

28 yaşlı Santiaqo Maldonado 1 ay öncə Argentinanən cənubunda Çubut ştatında yerlilərin torpaqlarının işğal edilməsinə qarşı etiraz aksiyasında yox çıxdı. Şahidlər onun həmin aksiyada təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını deyirlər. 

 

Teqlər

Şərhlər