Sep 07, 2017 08:58 Asia/Baku
  • C.Koreyada TAD sisteminə qarşı etiraz
    C.Koreyada TAD sisteminə qarşı etiraz

Cənubi Koreya xalqı Amerikan TAD raket sisteminin bu ölkədə yerləşdirilməsinə qarşı bir öz etirazını bildirib.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın Seonqcu şəhərində əhali aksiya keçirərək Şimali Gyunqsanq vilayətində  TAD raket sisteminin yerləşdirilməsinə etiraz edib. 

Bu məlumata görə, C.Koreya polisi aksiyaçıları dağıtmağa cəhd göstərsə də bəzi aksiyaçılar TAD raket sisteminin yerləşdiyi bazaya girməyə çalışıblar. 

Polis ilə aksiyaçılar arasında baş verən toqquşmada bir neçə etirazçı xəsarət alıb. 

C.Koreyada əhali dəfələrlə  ölkənin müxtəlif şəhərlərində Amerikanın TAD raket sisteminin bu ölkə ərazisində yerləşdirilməsinə qarşı askiya keçirib. 

ABŞ və C.Koreya 2016-cı il iyulda Amerikanın TAD raket sisteminin bu ölkə ərazisində yerləşdirilməsi barədə razılığa gəldilər və bu sistemin C.Koreyada yerləşdirilməsinə Ş.Koreyanın raket sınaqları bəhanə edilərək ötən mart ayından start verildi

 

Teqlər

Şərhlər