• Minlərlə ingilis Brexit-ə qarşı aksiya keçirib
    Minlərlə ingilis Brexit-ə qarşı aksiya keçirib

İngiltərə xalqından minlərlə nəfər dünən Londonun mərkəzində aksiya keçirərək, bu ölkənin Avropa Birliyindən çıxmaq üzrə layihəsinə- Brexit-ə etiraz edib.

Minlərlə ingilis Londonda Avropa Birliyinin bayrağını tutaraq, bu şəhərin mərkəzi küçələrindən parlamentin önünədək yürüş keçiribdir.

Bəzi incəsənət və mədəniyyət qrupları tərəfindən himayə olunan bu aksiyanın iştirakçıları İngiltərənin Avropa Birliyindən çıxması prosesinin dayandırılmasını istəyiblər.

Aksiyanın təşkilatçıları bildiriblər ki, Londonda keçirilən aksiya "Xalqın Avropa üçün aksiyası" adlanırdı və onun əsas mövzusu, İngiltərənin Avropa Birliyindən çıxması ilə müxalifət idi.

İngiltərə 2016-cı ilin iyununda Avropa Birliyindən çıxmaq barədə qərar qəbul etdi. İngiltərə parlamenti bazar ertəsi günü brexit-in ləğvi layihəsi barədə səsvermə keçirməlidir. İngiltərənin Avropa Birliyindən çıxması barədə müzakirələr yavaşımış tempdə aparılmaqdadır.

İngiltərənin Avropa Birliyindən çıxması barədə danışıqların dayandırılmasının səbəbi, bu ölkənin hazırkı öhdəlikləri ilə bağlı bu birliyə ödəyəcəyi məbləğ üstündə mövcud olan ixtilaflardır.

Sep 10, 2017 09:15 Asia/Baku
Şərhlər