• Paris mitinqi qarşıdurma ilə nəticələndi
    Paris mitinqi qarşıdurma ilə nəticələndi

Çərşənbə axşamı Parisdə "əmək qanunu"na dəyişikliyin edilməsinə etiraz olaraq minlərlə nəfərin iştirak etdiyi aksiya polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.

Fransa polisi Parisdə aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları isə daş və yanıcı maddələrlə polisə qarşılıq verib. 

Fransa medialarının yaydıqları məlumatlara görə, toqquşmalar hələ də davam edir. 

Fransanın 180 şəhəri də bu ölkə hökumətinin "əmək qanunu"na dəyişiklik layihəsinə etiraz olaraq xalq etirazlarının şahidi olub. 

Fransa prezidenti Emanuel Makronun "əmək qanunu" ilə bağlı yeni dəyişiklik layihəsi fəhlə sindikatları habelə, Makron ilə müxalif olanların xüsusi ilə də solçuların tənqidlərinə məruz qalıb. 

Solçuların qənaətinə görə, bu qanun layihəsi qəbul olunacağı təqdirdə işçilərin işdən çıxarılması və ya əmək haqlarının kəsilməsi kimi məsələlərdə sahibkarlara daha artıq səlahiyyətlər vermiş olacaq. 

Sep 13, 2017 09:57 Asia/Baku
Şərhlər