• Parisdə Ərəbistan səfirliyi önündə etiraz aksiyası keçirilib
    Parisdə Ərəbistan səfirliyi önündə etiraz aksiyası keçirilib

Səudiyə Ərəbistanının insan haqlarını aşkar və kobud şəkildə pozmasına etiraz edən bir qrup Parisdə bu ölkə səfirliyi önündə piket keçirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, çərşənbə axşamı Parisdə Ərəbistan səfirliyi qarşısında aksiya keçirən narazı kütlə Ali-Səud rejiminin siyasi müxalifləri və fəalları həbs etməsinə etiraz edərək, siyasi məhbusların sərbəst buraxılmasını istəyiblər. 

Aksiya iştirakçılarının əllərində üzərinə "siyasi məhbusları azad edin" və "Məhəmməd bin Salman(Ərəbistan vəliəhdi) Yəməndə mülki əhalini bombalayır" şüarları yazılmış plakatlar olub. 

Digər tərəfdən, sosial şəbəkə fəalları bildiriblər ki, Ərəbistan hökuməti siyasi müxaliflərə qarşı repressiyaları daha da artıraraq, çoxlu sayda ruhani və mədəni fəalı həbs edib. 

Mərkəzi ofisi Londonda yerləşən ərəbistanlı "Əl-Qist" hüquq təşkilatı da daha çox insanın həbs edildiyini elan edərək, Ərəbistan hökumətinin həbs edilən insanların sayını elan etməkdən çəkindiyini bildirib. 

Ərəbistanda siyasi məhbusların sayı 30 min nəfər təxmin edilir. Bu rəqəm Ali-Səud rejiminin ərəbistan xalqına qarşı zülm və zorakılığının miqyasını göstərir. 

Sep 13, 2017 11:16 Asia/Baku
Şərhlər