• Avropa Parlamenti rəsmisi Ərəbistana silah satışının qadağan edilməsini vurğuladı

Avropa Parlamentinin nümayəndəsi bildirib: Səudiyyə Ərəbistanına silah satışının qadağan edilməsi zəruridir.

Əlcəzirə televiziyasının məlumatına görə, Avropa Parlamentinin nümayəndəsi və Ərəbistana silah satışı qadağası layihəsinin tərtibatçısı Bodil Valero deyib: Yəmən müharibəsindən əldə olunan məlumatlar Ər-Riyada silha satışının qadağası zərurətini təsdiqləyir. 

Avropa Parlamentinin nümayəndəsi əlavə edib: İnsan haqlarını pozan bütün ölkələrə qarşı silah satışı qadağası qanunu icra olunmalıdır. 

Yəmən müharibəsi və Yaxın Şərqdə terrorçulara silah dəstəyi Səudiyyə Ərəbistanını ən böyük silah müştərisinə çevirib. 

Britaniyada Silah Ticarəti ilə Mübarizə Təşkilatının məlumatına görə, bu ölkə hökuməti Ərəbistanın Yəmənə hücumları başladığı zamandan bəri Ərəbistana minimun 4 milyard dollar dəyərində silah satıb. 

Yəmənə hücumlar nəticəsində azı 11 min sivil həlak olub, on minlərlə nəfər yaralanıb. 

Sep 14, 2017 09:48 Asia/Baku
Şərhlər