• Şimali Koreya paytaxtında ABŞ əleyhinə yürüş
    Şimali Koreya paytaxtında ABŞ əleyhinə yürüş

Şimali Koreyanın on minlərlə vətəndaşı ABŞ əleyhinə keçirilən yürüşdə Şimali Koreya liderini dəstəkləyib.

İRİB-in məlumatına görə, on minlərlə Şimali Koreya vətəndaşı şənbə günü Pxenyanın Kim İl Sonq meydanında keçirilən etiraz yürüşündə ABŞ prezidentinin BMT Baş Məclisinin sessiyasında Şimali Koreya lideri əleyhinə çıxışını tənqid edib.

Yürüş iştirakçılarının bəzisi Şimali Koreya lideri Kim Çen İnin mövqeyini dəstəkləyib.

Kim Çen İn cümə günü ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın məhv edilməsinə dair hədəsinə reaksiyada Pxenyanın tarixdə qarşılıqlı addımların ən yüksək səviyyəsini seçəcəyini bildirib.

Tramp çərşənbə axşamı günü BMT-dəki çıxışında Şimali Koreya lideri Kim Çen İn üçün raket adam terminindən istifadə edib və deyib: O özünü öldürmək prosesinə girib.

Sep 24, 2017 13:31 Asia/Baku
Şərhlər