• Çin ABŞ hərbi gəmisinin qıcıqlandırıcı hərəkətinə reaksiya verib
    Çin ABŞ hərbi gəmisinin qıcıqlandırıcı hərəkətinə reaksiya verib

Çin Amerika hərbi gəmisinin Cənubi Çin dənizində Pekinin iddia etdiyi adaların yaxınlığından keçməsinə reaksiya əlaməti olaraq əraziyə bir hərbi gəmi, bir ədəd vertolyot , iki ədəd hərbi təyyarə göndərib.

Rəsmi Pekin Amerikanın hərbi gəmisinin Çinin iddia etdiyi adaların yaxınlığından keçməsini bu ölkənin milli hakimiyyətinin pozulması kimi hesab edir və regiondakı təhlükəsizlik mənafeyinə xələl gətirdiyini bildirir. 

Çin Müdafiə Nazirliyi dünən bir bəyanat yayaraq bildirib ki, Amerikan hərbçilərin təkrar qıcıq doğuran hərəkətlərinə qarşı Çin ordusu hava və dəniz qarşıdurmaları üçün qabiliyyətlərini daha da gücləndirəcək. 

Çin Müdafiə Nazirliyi bildirib: Amerikan hərbi gəminin bu hərəkəti iki ölkə orduları arasında qarşılıqlı etimadı zədələyəcək və bu kimi hərəkətlərin təkrarlanması istənilməyən hadisələrə gətirib çıxaracaq. 

Çin Xarici İşlər Nazirliyi də Amerikan rəsmilərdə istəyib ki, Çinin hakimiyyəti və təhlükəsizliyinə hörmətlə yanaşsın və yanlış hərəkətləri dayandırsın. 

Amerikanın 3 rəsmisi çərşənbə axşamı bildimişdilər ki, USS Çaf hərbi gəmisi Pekinin iddia etdiyi adaların yaxınlığından keçib. 

Donald Trampın Amerikada prezident vəzifəsinə gəlməsindən sonra dəfələrlə Amerikan həbri gəmilər Pekinin iddia etdiyi adaların yaxınlığından keçiblər. 

Çin dövləti cənubi Çin dənizinin 90 faizinə malik olduğunu iddia edir , Filippin, Malayziya, Broney və Vyetnam kimi ölkələr də bu dənizin bir hissəsinin mülkiyyətinə iddialıdırlar. 

Oct 12, 2017 13:04 Asia/Baku
Şərhlər