• Donald Tramp
    Donald Tramp

Britaniyada çıxan Fayneyşl Tims qəzeti yazıb: ABŞ prezidentinin İrana qarşı hərəkətləri və rəftarı Amerikanın etimd ediləsi olmadığını göstərir.

Fayneyşl Tims qəzeti bu gün bir məqalədə ABŞ prezidenti Donald Trampın danışıq tərzinə toxunaraq yazıb: Bu rəftar Amerikanın etimad ediləsi olmaması deməkdir. 

Məqalədə deyilir: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana qarşı heç bir sənəd təqdim etməyib və Əhatəli Müştərək Təşəbbüs Proqramını imzalayan digər ölkələr də Trampın yanaşması ilə razılaşmırlar. 

Trampın İranın ƏMTP-yə sadiq qalmasını təsdiqləmək üçün oktyabrın 15-dək fürsəti var . Onun ƏMTP və onun taleyini ABŞ konqresinin öhdəsinə qoyması ehtimal edilir. 

Belə olan təqdirdə ABŞ konqresi İrana qarşı sanksiyaların bərpa edilməsi üçün 60 günlük fürsətə malik olacaq. 

Fayneyşl Tims yazır: Donald Trampın təşəbbüsləri Ağ evin böhran ardınca olduğunu göstərir. 

Oct 12, 2017 20:23 Asia/Baku
Şərhlər