• Qabriyel: Trampın İrana qarşı addımı Avropa Birliyini Rusiya və Çinə doğru yönəldir

Almaniyanın xarici işlər naziri ABŞ prezidentinin İrana qarşı addımlarının Avropa Birliyini Rusiya və Çinə doğru yönəltdiyini deyib.

İRNA-nın məlumatına görə, Ziqmar Qabriyel cümə axşamı deyib: ABŞ hökumətinin İran və 5+1 qrupu arasındakı nüvə anlaşması ilə müxalifət etməsi Avropa və ABŞ arasında fikir ayrılığının yaranmasına səbəb olur. Bu da avropalıları Rusiya və Çinə doğru yönləndirir. 

Almaniyanın xarici işlər naziri həmçinin deyib: Vacib olan məsələ Avropanın bu məsələdə öz birliyini qorumasıdır. Biz Amerikaya İran qarşısındakı rəftarının avropalıları Rusiya və Çinə yaxınlaşmağa məcbur etdiyini deməliyik. 

Avropa rəsmiləir dəfələrlə İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını dəstəklədiklərini elan edərək, ABŞ-ın bu anlaşmadan çıxmasının Vaşinqtonu təcridə sürükləyəcəyini bildiriblər. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini və Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel çərşənbə günü İranın nüvə anlaşması qarşısında öz öhdəliklərinə tam formada əməl etdiyini vurğulayaraq, İranın nüvə anlaşmasına sadiq qaldığı zamana kimi Avropanın da bu anlaşma qarşısındakı öhdəliklərinə sadiq qalacağını vurğulayıblar. 

Çərşənbə axşamı Federika Moqerini və Ziqmar Qabriel ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında saxlanılan telefon əlaqəsində bütün tərəflərin nüvə anlaşmasına sadiq qalması zərurətinə təkid edilib. 

İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasının ABŞ istisna olmaqla bütün tərəflərinin habelə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və BMT-nin İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etmələrinə baxmayaraq, ABŞ rəsmiləri davamlı olaraq Tehranı "nüvə anlaşmasının ruhu"na zidd hərəkət etməkdə ittiham edirlər. 

İran və 5+1 qrupu (Amerika, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında əldə edilmiş nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə minib və icra edilməkdədir. Amma, ABŞ indiyə kimi bu anlaşmanı imzalayan tərəflərdən biri kimi öz öhdəliklərinə əməl etməkdən boyun qaçırdır. 

Oct 13, 2017 10:44 Asia/Baku
Şərhlər