• Ağ Ev: Tramp cümə günü nüvə anlaşması barədə mövqeyini elan edəcək

Ağ Evin sözçüsü Sara Hakabi Sanders cümə axşamı deyib: ABŞ prezidenti Donald Tramp cümə günü yerli vaxtla saat 12:45-də İran və nüvə anlaşması ilə bağlı mövqeyini elan edəcək.

ABŞ hökuməti daxili qanunlara əsasən hər 90 gündə bir İranın nüvə anlaşmasına sadiq qalması barədə Konqresə hesabat təqdim etməlidir. Tramp bu hesabatı təqdim etmək üçün 15 oktyabra kimi fürsətə malikdir. 

Qərb mediaları Trampın bu hesabatda İranın nüvə anlaşmasına sadiq olduğunu təsdiq etməkdən imtina edəcəyindən xəbər verirlər. Bu isə beynəlxalq dairələrin xüsusilə nüvə anlaşmasının digər tərəflərini yəni Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın ciddi narahatlığına səbəb olub. Hətta, bəzi ABŞ rəsmiləri belə bu məsələyə qarşı çıxırlar. 

Əgər Tramp İranın nüvə anlaşmasına sadiq olmadığını elan edərsə, ABŞ Konqresi nüvə anlaşmasına əsasən icrası durdurulmuş sanksiyaların yenidən tətbiq edilməsi barədə qərar qəbul etmək üçün 60 günlük fürsət əldə edəcək. Konares sanksiyaların bərpası barədə qərar çıxardarsa, ABŞ nüvə anlaşmasından çıxmış olacaq. 

Tramp həmçinin, cümə günü ABŞ-ın İranla bağlı yeni strategiyasını da elan etməlidir. 

Oct 13, 2017 13:18 Asia/Baku
Şərhlər