• Nüvə anlaşmasından çıxmaqla bağlı Trampa xəbərdarlıqlar davam edir

ABŞ-ın Nümayəndələr Məclisinin bəzi üzvləri Vaşinqtonun İran ilə nüvə anlaşmasından çıxmasını Trampın təhlükəli oyunu adlandırıblar.

İRNA-nın məlumatına görə, ABŞ-ın Nümayəndələr Məclisinin bəzi üzvləri cümə axşamı Xarici Əlaqələr Komitəsində İran ilə nüvə anlaşmasının araşdırılması zamanı Donald Trampın siyasətlərini kəskin formada tənqid edərək, nüvə anlaşmasının qorunmasını istəyiblər. Onlar həmçinin, İranın nüvə anlaşmasına sadiq qalmasının təsdiq edilməməsinin təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər. 

Rudaylənd Ştatından Deyvid Sisilin öz çıxışında deyib: İranın nüvə anlaşmasına sadiq olmadığını demək və heç bir sənəd təqdim etməmək, ABŞ-ın etibarını təhdid etmiş olacaq. 

Nyu-Yorkdan Adryano Spaylet isə ABŞ-ın nüvə anlaşmasından çıxacağı təqdirdə, müttəfiqlərinin etimadını itirəcəyi barədə xəbərdarlıq edib. 

Bu iclasda bəzi respublikaçı nümayəndələr isəTrampın İrana qarşı iddialarını təkrar ediblər. 

Daha öncə Trampın İran və İran ilə nüvə anlaşması qarşısındakı mövqeyini cümə axşamı günü elan edəcəyi bildirilsə də, Trampın bu xüsusdakı çıxışının vaxtı cümə gününə dəyişdirildi. 

Oct 13, 2017 13:40 Asia/Baku
Şərhlər