• Moqerini Lüksemburq iclasından sonra: İran raketləri barədə söhbət getmədi
    Moqerini Lüksemburq iclasından sonra: İran raketləri barədə söhbət getmədi

Avropa Birliyinin xarci siyasət üzrə məsul şəxsi bu birliyin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından sonra bildirib ki, həmin iclasda İranın raket proqramı barədə söhbət getməyibdir.

Avropa Birliyinin xarci işlər nazirlərinin iclası "İran və nüvə anlaşması" mövzusu ilə bu gün Lüksemburqda keçirilib və Avropa Birliyinin xarci siyasət üzrə məsul şəxsi Federika Moqerini bu iclasdan sonra vurğulayıb ki, onda İranın regional fəaliyyətləri və raket proqramı barədə söhbət edilməyibdir.

Moqerini bu iclasdan öncə vurğulayıb ki, nüvə anlaşması üçün "alternativ anlaşma" məsələsini araşdırmır. O, Avropa Birliyinə üzv ölkələrin nüvə anlaşmasına dəstək vermələrini istəyibdir.

Teqlər

Oct 16, 2017 21:43 Asia/Baku
Şərhlər