Oct 23, 2017 12:24 Asia/Baku
  • İŞİD ABŞ-ın militarist siyasətləri nəticəsində formalaşdı
    İŞİD ABŞ-ın militarist siyasətləri nəticəsində formalaşdı

Fransanın sabiq müdafiə naziri deyib: İŞİD-in ərsəyə gəlməsi Amerikanın Orta şərq regionuna siyasi və hərbi müdaxiləsinin nəticəsidir.

İtartas-ın verdiyi məlumata görə, Fransanın keçmiş müdafiə naziri Jan Piyer Şunman deyib: Amerikanın 2003-cü ildə İraq hücumu böyük bir faciəyə və bu ölkənin məhvinə gətirib çıxartdı və fondamentalizm, ifratçılıq, terrorizm və İŞİD-in zühuruna yol açdı. 

Fransanın keçmiş müdafiə naziri deyib: Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Uland bu müharibələrdən dərs ala bilmədilər çünki Sarkozi Liviya müharibəsinə daxil oldu və Ulan da Suriya böhranı ilə əlaqədar səhvlərə yol verdi. 

Şunman deyib: Emanuel Makeronun Fransa prezident seçilməsindən sonra ölkə fərqli siyasət yürüdür. 

Teqlər

Şərhlər