• Filippinlilər Trampın səfərinə etiraz etdilər
    Filippinlilər Trampın səfərinə etiraz etdilər

Yüzlərlə filippinli paytaxt Manilanın küçələrinə axışaraq ABŞ prezidentinin Filippinə səfərinə etiraz ediblər.

İRİB-in məlumatına görə, bu aksiya Donald Trampın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının konfransında iştirak etmək məqsədilə Filippinə səfərinə reaksiya əlaməti olaraq keçirilib.

Etirazçılar bazar ertəsi günü ABŞ səfirliyi və konfransın keçirildiyi binanın önündə etiraz xarakterli aksiya keçirəcəklərini və Donald Trampın müqəvvasını yandıracaqlarını bildiriblər.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının konfransı cümə günündən Filippində başlanıb və 14 noyabrda sona çatacaq.

Nov 11, 2017 15:05 Asia/Baku
Şərhlər