• Trampın müsəlmanlarla müharibəsi; Qüdsü sionist rejimin paytaxtı elan etdi
    Trampın müsəlmanlarla müharibəsi; Qüdsü sionist rejimin paytaxtı elan etdi

ABŞ prezidenti çərşənbə günü regional və beynləxalq xəbərdarlıq və müxalifətlərə rəğmən bildirib: ABŞ Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıyır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Donald Tramp ABŞ Dövlət Departamentindən Birləşmiş Ştatların səfirliyinin Tələvivdən Beytülmüqəddəsə köçürülməsi üçün hazırlıq işlərinə başlamasını istəyib. 

ABŞ Konqresi 23 oktyabr 1995-ci ildə ABŞ səfirliyinin Qüdsə köçürülməsi layihəsini təsdiqləmişdi. ABŞ-ın müxtəlif hökumətləri o zamandan indiyə qədər ictimai fikrin reaksiyası qorxusundan Konqresin bu qərarının icrasından imtina etmişdilər. 

Trampın bu məsələdə hamını qabaqlaması onun işğalçılıq və cinayətləri ilə İsrail rejiminə xüsusi önəm verdiyini göstərir. 

Müqəddəs Qüds şəhəri 1967-ci ildən İsrailin işğalındadır. 

Müxtəlif ölkələrin rəsmiləri, Avropa Birliyi, qruplar, təşkilatlar və Fələstin vətəndaşları son günlərdə Qüdsün sionist rejimin paytaxtı olaraq elan olunması ilə bağlı qərarın mənfi nəticələri haqda Trampa xəbərdarlıq etmişdilər. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında islam dünyasının prioritetlərindən birinin, Fələstin və Qüds məsələsi və sionist rejimn yanlış hərəkətləri ilə mübarizə olduğunu bildirərək deyib: Qüds-Şərif Fələstinin ayrılmaz hissəsidir. 

Ruhani əlavə edib: Hazırkı zaman kəsiyində islam ölkələri və müsəlmanların Qüds-Şəriflə əlaqədar ağır vəzifəsi vardır. 

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif də Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi ilə bağlı qərarına reaksiyada bildirib: Qüds həmişə ərəb-islam olaraq qalacaq. 

Dec 06, 2017 23:15 Asia/Baku
Şərhlər