Dec 16, 2017 21:31 Asia/Baku
  • Movritaniyada Qüdsü himayə aksiyası
    Movritaniyada Qüdsü himayə aksiyası

Movritaniyanın paytaxtı Nuakşotun əhalisi aksiya keçirərək, bir daha ABŞ dövlətinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə son qərarı qarşısında Fələstinə dəstəyini elan edib.

Movritaniya vətəndaşları bu aksiyada ABŞ prezidenti Donald Trampa qarşı şüarlar veriblər. Onlar Trampın Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədəki qərarına etiraz ediblər.

Aksiyaçılar ərəb dövlətlərindən Trampın bu anti-Fələstin qərarından geri çəkiləcəyi zamanadək Amerika dövlətilə həmkarlıqdan çəkinmələrini istəyiblər.

Tramp dekabrın altısında geniş regional və beynəlxalq müxalifətlərə rəğmən, bildirib ki, Vaşinqton Qüdsü sionist rejimin paytaxtı kimi tanıyır və öz səfirliyini Təl-Əvivdən bu şəhərə köçürəcək. Bu qərar bütün dünyada, xüsusən islami ölkələrdə etirazlara səbəb olubdur.

Teqlər

Şərhlər