Jan 01, 2018 20:17 Asia/Baku
  • Papa 2017-ci ili yalan və savaş ili adlandırıb
    Papa 2017-ci ili yalan və savaş ili adlandırıb

Dünya katoliklərinin lideri beynəlxalq böhranlar sahəsində məsuliyyət qəbul etməyə çağıraraq, 2017-ci ili yalan və savaş ili adlandırıb.

Dünya katoliklərinin lideri Papa Fransis 2017-ci ildəki sonuncu çıxışında Koreya böhranı və nüvə savaşı hədəsi barədə xəbərdarlıq edərək, deyib: Savaş, ədalətsizlik və ekologiyaya zərər yetirmək kimi məsələlər 2017-ci ili xarab etdi.

Papa həmçinin daha yaxşı şəraitin reallaşması və asayiş üçün çalışan kəslərə təşəkkür edərək, təhsil rəsmilərindən və valideynlərdən istəyibdir ki, məsuliyyətli gənclər yetişdirsinlər.

Deyilənlərə görə, papa bu gün, 2018-ci ildəki ilk çıxışında ABŞ ilə Şimali Koreya arasındakı nüvə gərginliyinə nəzər salacaqdır.

Teqlər

Şərhlər