• Avropanın ABŞ-a mesajı: Nüvə anlaşması dəyişməməlidir
    Avropanın ABŞ-a mesajı: Nüvə anlaşması dəyişməməlidir

İngiltərə, Fransa, Almaniya və Avropa Birliyi nüvə anlaşmasının qorunması üçün ABŞ-a müraciət edərək bildirib: Tehranın nüvə anlaşması ilə əlaqədar sanksiyaların ləğvindən faydalanmaq haqqı vardır.

İngiltərə, Fransa, Almaniya və Avropa birliyi cümə axşamı günü birgə şəkildə ABŞ-dan istəyiblər ki, İranın nüvə anlaşmasını qorusun. Onlar ABŞ-dan istəyiblər ki, Tehranın nüvə anlaşması ilə əlaqədar sanksiyaların ləğv edilməsindən faydalanmağa haqqı vardır.

Bu üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Brüssel iclasından sonra bu müraciəti irəli sürüblər. Bu iclasın keçirilməsi ilə yanaşı qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İrana yenidən sanksiyaların tətbiq edilməsi və yaxud sanksiyaların icrasının durdurulması üzrə qərar verməsinin vaxtı artıq gəlib çatıb.

Cümə axşamı günü Avropa Birliyinin qərargahında keçirilən bu iclasdan sonra birliyin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bu haqda bildirib: Nüvə anlaşması üçün birlik zəruridir. Bu anlaşmanın yararlılığı vardır, dünyanı təhlükəsiz edir, regionda nüvə silahı rəqabətinin qarşısını alır.

Fransa xarici işlər naziri Jan İv Le Drian da bu barədə jurnalistlərə deyib: Bu anlaşma zəruridir və heç bir alternativi yoxdur. Biz İranla mövcud olan başqa ixtilafları gizlətmirik.

Avropanın önəmli ölkələrinin xarici işlər nazirləri Zəriflə görüşdən sonra mətbuat konfransında nüvə anlaşmasını 100% qoruyacaqlarını bildiriblər.

Almaniya xarici işlər naziri Ziqmar Qabriel fransız və ingilis həmkarları və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi ilə keçirdiyi mətbuat konfransında deyib: Nüvə silahları haqda öz növbəsində yeganə anlaşma olan bu anlaşma ləğv olunarsa, başqa ölkələrə pis mesaj verir və bu məsələ Şimali Koreyanın böhranlı vəziyyətini nəzərə aldıqda çox yüksək əhəmiyyət kəsb edir.

İngiltərə xarici işlər naziri Boris Conson da bu mətbuat konfransında deyib: İndiyə qədər kimsə nüvə anlaşması dərəcəsində İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq haqda yararlı ola biləcək bir layihəni təklif edə bilməyib.

O əlavə edib: Nüvə anlaşmasına alternativ olaraq daha yaxşı həll yolunun tapılması bu anlaşmaya qarşı olan şəxslərin vəzifəsidir. Çünki biz indiyə qədər belə daha yaxşı yolun şahidi olmamışıq.

Teqlər

Jan 11, 2018 20:28 Asia/Baku
Şərhlər