• BMT: Qərb sahilində sionist qəsəbələrinin tikintisi qanunsuzdur
    BMT: Qərb sahilində sionist qəsəbələrinin tikintisi qanunsuzdur

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq sazişi prosesi üzrə koordinatoru cümə axşamı günü sionist rejimin qərb sahilində sionistlər üçün mindən çox yeni yaşayış binası tikmə qərarını tənqid edib və bildirib ki, sionist rejimin bu hərəkəti beynəlxalq qanunlara ziddir.

Anadolu Xəbər Agentliyinin məlumatına görə, Nikolay Mladenov sionist rejimdən işğal altındakı ərazilərdə qanunsuz qəsəbələrin salınmasını dayandırmasını istəyib.

Sionist rejim başçıları çərşənbə günü qərb sahilində sionistlər üçün min yüzdən çox yeni binanın tikilməsi barədə razılaşıblar.

Fələstin Ərazisi Tədqiqatları adlı qeyri-hökumət təşkilatı son zamanlar bildirib ki, sionist rejim ötən milad ilində yeni sionist qəsəbələr salmaq hədəfilə qərb sahilində yerləşən Fələstin ərazilərində, o sıradan Qüdsdə 900 hektardan çox ərazini müsadirə edibdir.

Bu rejim daim dünya ictimaiyyətinin tələblərinə məhəl qoymadan sionist qəsəbə salmanı davam etdirir və bu sahədə Amerikanın himayəsinə malikdir.

Bütün bu qəsəbəsalmalar beynəlxalq qanunlara görə, qeyri-qanuni sayılır.

Sionist rejim sionist qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.

Jan 12, 2018 11:14 Asia/Baku
Şərhlər