• Şeyx Zəkzakiyə dəstək aksiyaları davam edir
    Şeyx Zəkzakiyə dəstək aksiyaları davam edir

Nigeriya xalqı bir daha Şeyx Zəkzakinin qanunsuz həbsinin davam etməsinə etiraz olaraq, aksiya keçirib.

Nigeriya xalqı Nigeriya İslam hərəkatının rəhbəri Şeyx Zəkzakinin qanunsuz həbsinə etiraz olaraq, bu ölkənin paytaxtı Abucada aksiya keçirib.

Nigeriyanın polis qüvvələri aksiyaçılara hücum ediblər. Nəticədə bir nəfər şəhid olub, bir qrup aksiyaçı da yaralanıbdır.

Aksiyaçılar Nigeriya prezidenti Muhəmmədu Buharinin bu ölkənin İslam hərəkatı liderinin azad edilməsi barədə göstəriş verməsini istəyiblər.

Nigeriyanın müxtəlif məntəqələrinin əhalisi də Şeyx Zəkzakiyə dəstək istiqamətində bazar günü Kuna şəhərində anti-hökumət aksiyaları keçiribdir. Bu aksiyada bir nəfər şəhid edilibdir.

Şeyx İbrahim Zəkzaki Nigeriya ordusunun 2015-ci ilin dekabrında onun iqamətgahına qarşı basqını zamanı sol gözünü itirib. Bu hücumda onun həyat yoldaşı da çox ciddi bədən xəsarətləri alıbdır. Şeyx Zəkzakinin üç yüz nəfərdən çox davamçısı, o sıradan onun üç oğlu şəhid olubdur.

Jan 12, 2018 13:51 Asia/Baku
Şərhlər