• PressTV: Avropa ölkələri İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını qətiyyətlə dəstəkləyiblər
    PressTV: Avropa ölkələri İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını qətiyyətlə dəstəkləyiblər

Avropanın aparıcı ölkələrinin xarici işlər nazirləri 2015-ci ildə İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasını himayə üzrə vahid mövqəyə malik olduqlarını nümayiş etdirmək üçün birgə mətbat konfransında bu beynəlxalq anlaşmanı tam qətiyyətlə dəstəklədiklərini bildiriblər.

PressTV-nin verdiyi məlumata görə, Avropa Birliyinin yüksək səviyyəli diplomatları İran və 5+1 qrupu arasında əldə edilmin anlaşmanı imzalayan bütün ölkələrin anlaşmaya tam və dəqiq formada əməl etmələrini istəyiblər.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bu mətbuat konfransında deyib: "Dünyada nüvə təhlükəsinin mövcud olduğu bir zamanda Avropa nüvə silahlarının yayılmasının önlənilməsində nüvə anlaşmasının beynəlxalq bir açar olaraq qorunmasının tərəfdarıdır. Çünki, bu anlaşmanın qorunması bizim strateji maraqlarımıza xidmət edir. Avropa Birliyi nüvə anlaşmasının tam formada icra edilməsinin xüsusilə də, İran ilə iqtisadi və ticarət əlaqələrinin inkişafına, bu ölkə əhalisinin ondan faydalanmasına öz töhfəsini verəcək nüvə sanksiyalarının ləğv edilməsinin tərəfdarıdır."

Bu mətbuat konfransından öncə Moqerini və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş baş tutub. Zərif bu görüşdə İranın nüvə anlaşmasına tam formada sadiq qalması ABŞ-ın da bu anlaşmaya sadiq qalmasından asılı olduğunu deyib.

İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşması ilə yeganə müxalif olan tərəf ABŞ prezidenti Donald Trampdır. Və Britaniyanın xarici işlər naziri Boris Consonun bu mətbuat konfransında dediklərinin də birbaşa olaraq Trampa xitabən olduğunda da heç bir şübhə yox idi. Boris Conson deyib: "Nüvə anlaşmasından narazı olanlar, əgər daha yaxşı alternativə malikdirlərsə, təqdim etsinlər. Amma, biz indiyə kimi bu istiqamətdə hansısa təklifin şahidi olmamışıq."

ABŞ prezidenti Donald Tramp 2017-ci ilin oktyabrında İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməkdən çəkindi. Halbuki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyə kimi 9 dəfə İranın anlaşmaya sadiq qaldığını təsdiq edib. Trampın bu gün cümə nüvə anlaşması barədə çıxış edəcəyi gözlənilir.

Analitiklərin dediklərinə görə, Trampın nüvə anlaşması ilə rəftarı daha çox siyasi bir oyundur: "Trampın iş proqramı ABŞ hökumətindəki yeni mühafizəkarlar tərəfindən hazırlanır. Sionistlər və iri şirkətlər də öz siyasətlərini Trampa diktə edirlər."

Fransanın xarici işlər naziri Jan İves Le Drian da beynəlxalq güc mərkəzlərindən xüsusilə Amerikadan nüvə anlaşmasını icra etmələri və ona sadiq qalmalarını istəyib.

Tramp Ağ Evə daxil olduğu zamandan bir çox beynəlxalq məsələ ilə bağlı ciddi qalmaqallar yaradaraq, ABŞ-ın ən yaxın Avropalı müttəfiqlərini belə narazı salmağı bacarıb. Amma, nüvə məsələsində analitiklərin dediklərinə görə, Trampın uğur əldə etmə şansı demək olar ki, sıfıra bərabərdir. Çünki, dünyanın güc mərkəzləri İran ilə nüvə anlaşmasının Avropa Birliyinin xarici siyasətində böyük uğur olduğuna inanırlar.

Jan 12, 2018 21:53 Asia/Baku
Şərhlər