• Tramp İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb
    Tramp İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb

İndiyədək İrana qarşı nüvə sanksiyalrının icrasının dayandırılması qərarını iki dəfə imzalayan ABŞ prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) narazı qalmasına rəğmən bir daha bu qərarın müddətini uzaldıb.

İRNA-nın verdiyi məlumata görə, Ağ ev dünən gecə Trampın sanksiyaların dayandırılması qərarını sonuncu dəfə olaraq uzaltdığını bildirərək Trampın nəzarət mexanizminin gücləndirilməsi və İranın raket proqramının da ƏMTP-yə daxil edilməsinə dair nəzərdə tutduğu dəyişikliklər reallaşmazsa ABŞ-ın bu razılaşmadan çıxacağını deyib. 

ABŞ-ın xəzinədarlıq nazirliyi Trampın bu qərarı ilə eyni zamanda insan haqlarının pozulması və İranın raket proqramı bəhanəsi ilə 14 şəxs və qurumu sanksiyalar siyahısına əlavə edib. 

ABŞ konqresinin qərarına görə ABŞ prezidenti Donald Tramp 90 gündən bir İranın ƏMTP-yə sədaqətini təsdiqləməlidir. 

İrana qarşı nüvə sanksiyalarının dayandırılması müddətinin bir daha uzaldılması elə bir şəraitdədir ki, ƏMTP-na görə İranın fəaliyyətlərinə yeganə səlahiyyətli nəzarət mərkəzi kimi tanınan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək İranın nüvə sazişinə sadiq qaldığını 9 dəfə təsdiqləmişdir. 

2015-ci ildə İran ilə Amerika, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyadan ibarət 5+1 qrupu arasında imzalanmış razılaşmaya əsasən İran öz nüvə fəaliyyətlərinin bir hissəsini məhdudlaşdırdı və bunun qarşılığında Amerika İrana qarşı nüvə sanksiyalarını ləğv etməyə dair öz üzərinə öhdəlik götürdü. 

Bu gün Amerika İranın müdafiə xarakterli raket proqramına qarşı bəhanələr gətirərək İranın nüvə sazişini pozmuş olduğunu iddia edir halbuki, Avropa Birliyi də raket proqramı və regional məsələlərin ƏMTP çərçivəsindən kənar olduğunu bildirərək bütün tərəflərin bu razılaşmaya sadiq qalmalı olduqlarını vurğulamışdır. 

Jan 13, 2018 10:55 Asia/Baku
Şərhlər