Jan 20, 2018 14:30 Asia/Baku
  • ABŞ hökuməti fəaliyyətini dayandırdı
    ABŞ hökuməti fəaliyyətini dayandırdı

ABŞ-ın dövlət qrumlarının fəaliyyəti dayandırılıb. Senatorların büdcə layihəsi ilə bağlı mübahisələri davam edir.

CNN-nin verdiyi məlumata görə, ABŞ-ın dövlət orqanları fəaliyyətlərini dayandırıblar. Amma, senatorlar hələ də büdcə layihəsi ilə bağlı müzakirələri davam etdirirlər.

ABŞ Konqresinin büdcə layihəsi ilə bağlı müzakirələrinin nəticəsiz qalmasının ardınca, Federal hökumətin dövlər strukturlarının xidmət sektorları öz fəaliyyətlərini dayandırmağa məcbur olublar. Bu, 2013-cü ildən bəri birinci dəfədir ki, ABŞ hökuməti öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalır.

Ağ Ev şənbə günü demokratları amerikalıları girov götürməkdə ittiham edib. ABŞ prezidenti Donald Trampın sözçüsü Sara Sanders deyib: Bu gecə demokratlar siyasəti milli təhlükəsizliyimizdən üstün tutdular.

S.Sanders qarşıdan gələn günlər ərzində çətin müzakirələrin olacağını proqnoz edib və deyib: Demokratların qanunçu vətəndaşları öz məsuliyyətsiz istəkləri ilə girov götürdükləri zamana kimi, biz, qanunsuz mühacirlər barədə danışıqlar aparmayacağıq.

ABŞ hökuməti bundan öncə 2013-cü ildə Barak Obamanın prezidentliyi dövründə də 16 gün müddətinə Federal Hökumətin fəaliyyətini dayandırmağa məcbur olmuşdu.

ABŞ Senatında respublikaçılar fraksiyasının rəhbəri Miç Mək Kanel demokratları dövlər orqanlarının fəaliyyətinin dayandırılmasına görə qınayıb və büdcə layihəsində yaranmış çıxılmaz vəziyyətdən xilas olmaq üçün demokratlar ilə müzakirələrə hazır olduğunu deyib.

Teqlər

Şərhlər