Jan 20, 2018 15:48 Asia/Baku
  • Ermənistanın hakim partiyası prezidentliyə namizədini açıqladı
    Ermənistanın hakim partiyası prezidentliyə namizədini açıqladı

Ermənistanın hakim partiyası bu ölkədə keçiriləcək 4-cü prezident seçkiləri üçün öz namizədini elan edib.

İRİB-nin verdiyi məlumata görə, Ermənistan prezidenti və hakim partiyanın sədri Sersj Sarkisyan bir mətbuat konfransında Armen Sarkisyanıın adını hakim partiyanın prezident seçkiləri üçün namizədi olaraq açıqlayıb.

Armen Sarkisyan hazırda Ermənistanın Britaniyadakı səfiridir. O, 22 il öncə 4 ay müddətinə Ermənistanın baş naziri olub.

Ermənistanda prezidentliyə namizədlərin adlarının qeydiyyata alınması bu ölkə parlamentində deputatların minimum 25%-nin etimad səsinin cəlb edilməsi ilə mümkündür.

Ermənistan Konstitusiyasının 125-ci maddəsinə əsasən bu ölkə prezidenti parlamentdə deputatların minimum 75%-nin səsvermədə iştirak etməsi ilə seçilməlidir.

Ermənistanın haırkı prezidenti Serj Sarkistanın prezidentlik dövrü 8 aprel 2018-ci il tarixində başa çatacaq.

Teqlər

Şərhlər