Jan 25, 2018 19:01 Asia/Baku
  • Fransalı balıqçılar Kale limanını bağlayıblar
    Fransalı balıqçılar Kale limanını bağlayıblar

Fransalı balıqçılar Kale limanını bağlayaraq gəmilərin Fransanın ən izdihamlı limanına gediş-gəlişini əngəlləyiblər.

Röytersin verdiyi məlumata görə, Fransa balıqçılarının bu hərəkətdə məqsədləri balıq ovu üçün elektrik dalğalardan istifadə edilməsi və bu metodun ziyanlarına etirazdan ibarət olub. 

Fransalı rəsmilər Kale limanının fransalı balıqçıların etirazları nəticəsində bağlandığını təsdiqləyiblər və hal-hazırda bu limana heç bir gəmi get-gəl etmir. 

Kale liman təsisatının sözçüsü də deyib ki, balıqçılarla müzakirələr davam edir və bu gün limanın fəaliyyətinin yenidən bərpa ediləcəyi ehtimal olunur. 

Fransalı balıqçılar deyirlər ki, balıq ovu üçün elektrik dalğalardan istifadə balıqların sayının azalmasına səbəb olur. 

Hər il 2 milyon yük maşını və on minlərlə avtomobil və 10 milyon sərnişin bu liman vasitəsi ilə nəql edilir. 

Teqlər

Şərhlər