Feb 03, 2018 17:01 Asia/Baku
  • Radioterapiya aparatı sıradan çıxdı
    Radioterapiya aparatı sıradan çıxdı

Uqandada sadəcə bir ədəd radioterapiya aparatının sıradan çıxmasına görə, iki il öncədən indiyə qədər bu ölkədə xərçəng xəstəliyindən əziyyət çəkən minlərlə nəfər müalicə olunmamışdır.

France 24 televiziyasının məlumatına görə, köhnə aparatın yerinə yeni aparat quraşdırılsa da, hələ də problemlər həll olunmamışdır. 21 ay öncə Uqandada yeganə radioterapiya aparatının sıradan çıxması bu ölkədə güclü siyasi böhrana səbəb oldu və ictimai səhiyyə sektorunu problemlə üzləşdirdi. 

İllər idi ki, köhnə radioterapiya aparatı yaxşı işləmirdi və müalicə dövrünü əbəs yerə uzadırdı. Lakin yeni aparat yenilərdə işə başlayıb. 

Bununla belə xərçəng xəstəliyindən əziyyət çəkənlərin əksəriyyətinin qənaətincə, yeni aparat ölüm perspektivini onlara göstərir. 

Teqlər

Şərhlər