Feb 09, 2018 12:12 Asia/Baku
  • ABŞ hökuməti bir daha tətildə
    ABŞ hökuməti bir daha tətildə

ABŞ hökuməti federal büdcənin uzadılması layihəsinin senatda qəbul olunmamasına görə, bir daha tətil olub.

ABŞ senatı dünən hökumətin büdcə layihəsinin qəbul olunması yolunda mövcud olan maneələrə qalib gəlməyə çalışdı, lakin mühafizəkar bir senatorun bu barədə sürətli səsverməyə qarşı etirazı senat rəhbərlərinin iclası tətil etmək qərarına gəlmələrinə bais oldu.

Hazırda Amerika federal hökumətinin yenidən açılması senat iclasının yenidən təşkil olunması və senatda təklif olunmuş layihənin qəbul edilməsi prosesindən və onun imzalanmasından asılıdır.

Deyilənlərə görə, qərar üzrə senat yaxın saatlarda iclas keçirməlidir və əgər təklif olunmuş layihə qəbul olunarsa, senat onu konqresə göndərəcək və sonra imza və təsdiq üçün ABŞ prezidentinin ixtiyarına veriləcəkdir.

Amerika federal hökuməti yanvar ayında da Tramp hökumətinin senatda müvəqqəti büdcə layihəsini qəbul etdirə bilməməsinə görə, üç gün tətil oldu və sonra müvəqqəti şəkildə yenidən açıldı.

 

Teqlər

Şərhlər