Fev 13, 2018 12:27 Asia/Baku
  • Amerika- dünyanın ən böyük məhbəsi
    Amerika- dünyanın ən böyük məhbəsi

Mövcud statistikalara əsasən, bütün dünyada mövcud olan on bir milyona yaxın məhbus arasında Amerika məhbusların sayı baxımından öndə gedir.

İki milyon 200 min məhbusa malik olan Amerika Çin ilə yarım milyon nəfərlik fərq ilə dünyadakı məhbusların beşdə birindən çoxuna özündə yer veribdir.

ABŞ-dan sonra Çin bir milyon 700 min, Braziliya 670 min və Rusiya 602 min məhbusla ikincidən dördüncüyədək olan yerləri bölüşürlər.

Bu məlumata görə, hər il Amerika zindanlar dövriyyəsinə daxil olan şəxslərin sayı təqribən on iki milyon nəfərdir və ABŞ-ın otuz bir ştatında hələ də edam cəzası tətbiq olunur.

İnsan haqları orqanlarının ABŞ-ın cinayət sistemindəki irqi bərabərsizliklər barədəki məlumatları göstərir ki, qaradərililər üçün həbs və zindana salınma hökmləri ağdərililərindəkindən qat-qat çoxdur.

Bu məlumatda əlavə olunur ki, qaradərililərin Amerika xalqının on üç faizini təşkil etdikləri bir halda, onların həbs olunmaları halları ağdərililərin həbsolunma miqdarından altı dəfə çoxdur.

Teqlər