• Rusiya terrorçuların kimyəvi fitnə üzrə səylərini ifşa edib
    Rusiya terrorçuların kimyəvi fitnə üzrə səylərini ifşa edib

Rusiyanın müdafiə nazirliyi bildirib: Əldə olunan məlumatlar göstərir ki, Cibhətunnusrə terrorçuları "ağpapaqlılar" adlı qüvvələrin həmkarlığı ilə xlor qazı mənbələrini Suriyadakı bir qəsəbəyə daxil etmək niyyətindədirlər.

Rusiyanın müdafiə nazirliyinin nəzarəti altında fəaliyyət göstərən Suriyada atəşkəsə nəzarət mərkəzi bildirib ki, dünən bu mərkəzlə bir telefon əlaqəsi saxlanıb və Saraqib qəsəbəsinin sakinlərindən biri terrorçuların bu fitnələrindən xəbər veribdir.

Bu məlumata görə, Cibhətunnusrə terrorçuları fevralın 12-də iyirmidən çox xlor qazı silindri daşıyan üç avtomobili İdlib vilayətində yerləşən Saraqib qəsəbəsinə daxil ediblər ki, şəxsi mühafizə təchizatları da bu silindrlər ilə yanaşı olubdur.

Feb 13, 2018 21:30 Asia/Baku
Şərhlər