• Trampın vəkili etiraf etdi: Pornoaktrisaya susması müqabilində pul ödənilib

ABŞ prezidentinin şəxsi vəkili Trampın bir pornoaktrisa illə intim münasibətlərini ifşa etməməsi üçün, həmin aktrisaya 130 min dollar pul ödədiyini etiraf edib.

CNN telekanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın fəkili Maykl Kohen 2016-cı ildə öz şəxsi maliyyə hesabı vasitəsilə xanım Stefani Klifordun hesabına 130 min dollar pul köçürdüyünü etiraf edib.

Kohen Trampın intim münasibətlərini gizli saxlaması üçün pornoaktrisaya susması müqabilində pul ödədiyini ifşa etməsinin ardınca bu pulu öz şəxsi hesabından ödədiyini deyib.

Val Strit Journalın yazdığına görə, Trampın vəkili 2016-cı il prezident seçkilərindən öncə bir pornoaktrisaya 130 min dollar pul ödəyib. Bu pul, həmin aktrisanın Tramp ilə 2006-cı ildə malik olduğu intim münasibətləri gizli saxlaması müqabilində ödənilib.

Tramp hazırkı həyat yoldaşı ilə 2005-ci ildə ailə qurub.

Feb 14, 2018 14:51 Asia/Baku
Şərhlər