• Sloveniyada minlərlə müəllim tətil aksiyasına başlayıb

Minlərlə sloveniyalı müəllimin tətil aksiyasına başlaması ölkə məktəblərinin tətil edilməsinə səbəb olub.

Röyters-in məlumatına görə, minlərlə müəllim Sloveniyada əmək haqlarının aşağı olmasına etiraz olaraq tətil aksiyasına başlayıb. Bu da çoxlu sayda məktəbin öz fəaliyyətini dayandırması ilə nəticələnib. 

38 min müəllim bir günlük tətil aksiyası keçirərək, əmək haqlarının artırılmasını istəyib. 

Sloveniya Müəllimlər Sindikatı bundan öncə Sloveniyada müəllimlərin aylıq əmək haqqının minimum 10% artırılmalı olduğunu bildirmişdi. 

Sloveniyada müəllimlərin tətil aksiyası cari 2018-ci ildə məşğulluq sahəsində baş tutan ən iri tətil aksiyası sayılır. 

Feb 14, 2018 18:12 Asia/Baku
Şərhlər