• ABŞ-ın Suriyaya qarşı raket hücumu senarisi ifşa olunub
    ABŞ-ın Suriyaya qarşı raket hücumu senarisi ifşa olunub

Rusiya ordusunun baş qərargah rəisi deyib: Terrorçular Suriyada saxta kimyəvi hücum senarisini hazırlamaqdadırlar ki, Amerikanın Dəməşqdəki dövlət binalarına qarşı geniş hücumlarını əsaslandırmış olsunlar.

Valeri Gerasimov deyib: Moskva Suriya dövləti müxaliflərinin dövlət qüvvələrinin xalqa qarşı kimyəvi silahlardan istifadə etdikləri bir tamaşanın icrası üzrə planı barədə yetərincə informasiyaya malikdir.

Rusiya ordusunun baş qərargah rəisi əlavə edib: Suriyalı müxaliflər digər məntəqələrdən qadınlar, uşaqlar və yaşlıları toplayaraq, Şərqi Vahə məntəqəsinin bəzi nöqtələrində yerləşdiriblər ki, kimyəvi hücumun ehtimal olunan qurbanları kimi istifadə edilmiş olsunlar.

Gerasimov əlavə edib: Amerika da ondan sonra kimyəvi hücuma cavab olaraq, Dəməşqə qarşı raket hücumu həyata keçirmək niyyətindədir.

Mar 13, 2018 17:51 Asia/Baku
Şərhlər