• Moskvada İŞİD qruplaşmasının bir dəstəsi məhv edilib

Rusiya Federal Təhlükəsizlik Xidməti çərşənbə axşamı günü Moskvada Rusiyadan İraq və Suriyaya terrorçuları göndərən bir dəstənin məhv edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti xatırladıb: Bu dəstə Mərkəzi Asiya ölkələrindən qeyri-qanuni miqrantları Rusiyadan İraq və Suriyaya göndərirmiş.

Moskva və onun ətrafında keçirilən bu əməliyyatda İŞİD və qeyri-qanuni miqrantlara aid üç sənədlərin saxtalaşdırılması məkanı aşkarlanıb və 60 xarici ölkə vətəndaşı saxlanılıb. 

Suriya və İraqdakı İŞİD terrorçularının bir hissəsi Rusiyanın cənubundakı respublikalar və ya Rusiya ilə yaxın əlaqələri olan Mərkəzi Asiya ölkələrindən İŞİD terror qruplaşmasına qoşulmuşlar. Onların Rusiyaya və ya öz ölkələrinə qayıtmaları Rusiyanın təhlükəsizliyi üçün potensial təhlükə hesab olunur.

Mar 14, 2018 13:20 Asia/Baku
Şərhlər