• Lavrov: ABŞ Suriyanı parçalamaq niyyətindədir

Rusiya xarici işlər naziri Suriyanın parçalanmasını amerikalı rəsmilərin planı adlandırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu iliə birgə mətbuat konfransında deyib: Amerikalılar Suriyanı parçalamaq və bu ölkədə qalmaq üçün proqram tənzimləyirlər.

Rusiya xarici işlər naziri əlavə edib: Suriya dövlətini devirmək üçün ABŞ-ın planlar icra etməsi beynəlxalq qanunları pozur.

Lavrov bildirib: Moskva Suriyaya hücum haqda ABŞ-a qəti xəbərdarlıq edir.

Rusiya xarici işlər naziri deyib: Suriya və onun prosesləri haqda, Rusiya, İran və Türkiyə Astana müzakirələri çərçivəsində və Soçidə Milli Dialoq Konfransına əsasən addım atırlar. Bu konfrans üç ölkə prezidentinin təşəbbüsü ilə keçirildi.

Lavrov əlavə edib: Türkiyə xarici işlər naziri ilə Qafqaz, Qara dəniz və Ukrayna haqda, BMT, ATƏT və başqa təşkilatların fəaliyyətləri haqda müzakirə aparıldı.

Türkiyə xarici işlər naziri də bu mətbuat konfransında deyib: Suriyanın bir ərazisini işğal etmək niyyətində deyilik və bu ölkənin ərazi bütövlüyünün qorunması prinsipinə sadiqik.

Mar 14, 2018 19:23 Asia/Baku
Şərhlər