• Avropa Trampın taariflərinə qətiyyətli reaksiya verəcək

Avropa Birliyinin ticarət komissarı ABŞ prezidentinin ticarət taariflərinə qətiyyətli cavab verməyə hazır olduğunu bildirib.

Avropa Birliyinin ticarət komissarı Sesila Malmstrom çərşənbə günü ABŞ prezidenti Donald Trampın polad və alüminiumun idxalına ağır rüsumların tətbiq olunmasına dair qərarını məchul vəziyyətlə üzləşdirib və deyib: Bu proses tərəflərin münasibətlərinin zəifləməsinə səbəb olacaq.

Avropa Birliyinin ticarət komissarı əlavə edib: Avropa Birliyi yeni taarif rüsumlarının ləğv edilməsi ardıncadır və ABŞ-ın ixracatını hədəf almaq məqsədilə qarşılıqlı cavaba hazırlaşır.

Donald Tramp iki sənəd imzalayıb. Sənədlərə əsasən idxal olunan polada 25% və alüminium 10% rüsum əlavə olunacaq.

Avropa Birliyi ABŞ-a bu taariflərin ləğv olunması üçün 90 gün vaxt verib.

Mar 14, 2018 21:27 Asia/Baku
Şərhlər