Mar 18, 2018 10:29 Asia/Baku
  • Fransa xalqı polisə etiraz etdi
    Fransa xalqı polisə etiraz etdi

Fransa paytaxtı Parisdə minlərlə sakin bu ölkə polisinin miqrantlara qarşı zorakı rəftarlarına etiraz əlaməti olaraq aksiya keçirib.

FransPress-in verdiyi məlumata görə, dünən 2 min insanın iştirakı ilə keçirilən bu aksiyaya, hüquq müdafiə təşkilatları və miqrantlara dəstək qurumları çağırmışlar. 

Aksiya iştirakçıları polis və təhlükəsilzik qüvvələrinin miqrantlara qarşı zorakılıqlarını və Fransa dövlətinin anti-miqrant siyasətini pisləyiblər. 

Fransalı aksiyaçılar " Fransada ədalət və sülh yoxdur", " Polis hər yerdə var" kimi şüarlar səsləndiriblər və üzərində " Hökumətin irqçi rəftarları, polis zorakılığı və miqrantlara qarşı repressiyaların cavabını verəcəyik" kimi şüarlar yazılmış plakatlar daşıyıblar. 

Fransa prezidenti Emmanuel Makron ötən il sentyabrda 2018-ci ildən Fransada miqrasiya siyasətinin dəyişəcəyini bildirmişdi. 

Teqlər

Şərhlər