Apr 11, 2018 09:54 Asia/Baku
  • Fransada Bin Salmandan şikayət olundu

Səudiyyə Ərəbistanı vəliəhdinin Parisdə səfərdə olduğu vaxtda Fransada Yəmən İnsan Haqları Qrupu Məhəmməd Bin Salmandan şikayət edib.

İRNA-nın məlumatına görə, Yəmən İnsan Haqları Qrupu çərşənbə axşamı günü səudiyyəli vəliəhdin Parisə səfəri ilə yanaşı Məhəmməd Bin Salmandan Fransa məhkəməsinə şikayət edib və səudiyyəli vəliəhdi Yəməndə qeyri-insani davranış və işgəncədə suçlayıb. 

İnsan Haqları Qrupu öz şikayətində şahzadə Məhəmməd Bin Salmanın Yəməndə sivillərə hücumda məsuliyyət daşıdığını bildirib. 

Fransa Səudiyyə Ərəbistanına silah ixrac edən üçüncü böyük ölkədir. Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman bazar günü Fransa rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Parisə səfər edib. 

Teqlər