• Vaşinqtonun Suriyadan çıxmaq ilə bağlı təzadlı ifadələri
    Vaşinqtonun Suriyadan çıxmaq ilə bağlı təzadlı ifadələri

ABŞ rəsmilərinin bu ölkə qüvvələrinin Suriyada iştirakı barədəki təzadlı ifadələrinin davamında Ağ Ev Trampın bu qüvvələrin tez bir zamanda Suriyadan çıxmaları barədəki qərarından xəbər verib.

Ağ Evin sözçüü Sara Senders bildirib ki, Ağ Evin tapşırığı dəyişməyib və ABŞ prezidenti aydın şəkildə deyibdir ki, bu ölkənin qüvvələrini tez bir zamanda Suriyadan geri qaytarmaq istəyir.

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli isə dünən gecə deyibdir ki, Amerikanın Suriyadakı hədəfləri reallaşmayanadək bu ölkənin qüvvələri Suriyada qalacaqlar.

Fransa prezidenti Emmanuel Makron da deyibdir ki, Paris Vaşinqtonu Suriyada uzun müddət qalmağa qane edibdir.

Ağ Ev başçılarının Suriyadan çıxmaq barədəki təzadlı ifadələri elə bir haldadır ki, Amerika, Fransa və İngiltərə aprelin 14-ü, səhər tezdən Suriya dövlətinin Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərini kimyəvi silahla bombalaması iddiası ilə Suriyanın bəzi məntəqələrini raket hədəfinə aldılar.

Teqlər

Apr 16, 2018 09:38 Asia/Baku
Şərhlər