• Kataloniyada aksiya
    Kataloniyada aksiya

Kataloniyanın mərkəzi olan Barselonada yüz minlərlə nəfər aksiya keçirərək, separatçıların liderlərinin azad edilmələri və bu məntəqədəki böhranın siyasi yolla həllini istəyibdir.

Aksiya " Demokratiya və yanaşı yaşama mühiti" adlı hərəkatın çağırışı ilə keçirilib. Aksiyada Kataloniya parlamentinin sədri Rocer Torrent və Barselona meri Ada Kolau iştirak ediblər.

Barselona polisinin bidirdiyinə görə, bu aksiyada 315 min, aksiya təşkilatçılarının sözlərinə görə isə, 750 min nəfər iştirak edibdir.

Aksiyaçılar "Sizi evdə istəyirik!" və "Siz tək deyilsiniz!" şüarları verərək, altı ay bundan öncədən həbsdə olan separatçıların liderlərinə dəstək veriblər.

Aksiyanın sonunda yayılan bəyanatda vurğulanıbdır ki, siyasi problemlərin repressiv deyil, siyasi cavabı olmalıdır və önləyici həbs və cinayət qanunlarından həddindən artıq və qeyri-münasib istifadə düzgün deyildir.

Kataloniya məntəqəsi Karlos Pucdemontun sədrliyi ilə bir neçə ay bundan öncə İspaniya mərkəzi dövlətinin müxalifətinə rəğmən, separatçı referendum keçirdi.

Pucdemont bu macərayaya görə, otuz il həbsə məhkum edilibdir.

Teqlər

Apr 16, 2018 11:31 Asia/Baku
Şərhlər